Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim" - 13 yaşında təriqətdən qurtulan qadın - FOTO

Seksual məqsədlər üçün qurulan dini təriqətdən qaçıb qurtulmağı bacaran qadın başına gələn dəhşətli hadisələri Barcroft TV-də danışıb.

Mynews.az Dailymail-ə istinadla xəbər verir ki, Amerikada yaşayan Daun Vatson adlı qadın "The Children of God" ( Tanrının övladları ) cəmiyyətindəki ağrılı-acılı həyat hekayəsini bölüşüb.

O, hər gün oradan qaçmağı arzuladığını, təcavüzə məruz qaldığını, yaşlı kişilərlə cinsi əlaqəyə məcbur edildiyini dilə gətirib. Anasının üzv olduğu təriqətdə doğulan Daun bildirib ki, ona erkən yaşlarında çarmıxa çəkilmiş çılpaq qadın rəsmləri göstərib, yaşlılarla yaxınlıq etməyə məcbur edirdilər. Onlar həmçinin küçələrdə diləndirilərək "dini" cəmiyyətləri üçün pul da yığırdılar.

Hazırda 29 yaşı olan Daun Barcroft TV-yə müsahibəsində deyib:

"Uşaq olarkən siz dişlərinizi yumağı öyrənəndə, mən sekslə necə məşğul olmağı bilirdim. Bizə öyrətmişdilər ki, Tanrı sevgidir və Tanrıya sevgini göstərməyin tək yolu seksdir. Bundan başqa nəsə öyrətməmişdilər. Beynimizi yuyurdular.

Düşünürəm ki, bunu yaşamayan mənim hisslərimi anlaya, necə əzabverici bir şey olduğunu bilməz. Hər cəhətdən istismar olunurduq, həm cinsi, həm ruhi, həm də psixoloji...

Tək qaldığım zaman çox sevinirdim. Məncə, tək qalarkən qurduğum planlar qaçmağıma kömək olub.

Midnayt adlı itim var idi. Tək qalanda onunla dərdləşirdim. Onu çox istəyirdim. Sanki məni başa düşürdü. Ona bütün dərdimi danışırdım və sakitcə dinləyirdi, məni mühakimə etmirdi, günahlandırmırdı, cəzalandırmırdı".

Belə vəziyyətə dözə bilməyən Daun 13 yaşındaykən adı indi "Family International" olan "Children of God"-dan qurtula bilib. Lakin, onun özünə gəlməyi və təsir altından çıxa bilməsi üçün illər lazım olub.

"The Children of God" 1968-ci ildə Deyvid Berq adlı rahib tərəfindən qurulan dini təriqətdir. Çoxarvadlılığa meyilli olan Deyvid təriqəti qurduğuna görə kilsədən qovulub. Bu dini icma dünyanın bir çox ölkəsində yayılıb. Təriqətin əsas məqsədi "azad sevgi", "azad seks" fikirlərini təbliğ etmək olub. Təriqət üzvləri bir-biri ilə cinsi əlaqəyə girib, bir "ailə" olublar. Daha sonra bu cəmiyyətin içərisində doğulan uşaqlar da yaşlılarla cinsi əlaqəyə məcbur ediliblər.

Bir müddət sonra təriqət üzvü olan qadınlar dini icma çökməsin deyə varlı kişilərlə münasibət yaşayıblar və bunu "Tanrının sevgisini paylaşmaq" kimi dəyərləndiriblər. Varlı kişilərdən gələn pullar isə Deyvid Berqə çatıb.

1990-cı illərdə Deyvid Berq ölüb. Təriqətin başına onun 20 illik xanımı keçib. O, keçmişdə baş verən uşaq istismarı ilə bağlı uşaqlardan üzr istəyib.

Deyvid Berqin "mükəmməl uşaq" olaraq böyütdüyü Riki Rodriqez adlı oğlan təriqətdən ayrılaraq yeni həyat qurmağa çalışsa da, uğur əldə edə bilməyib və intihar edib.

Təriqət əvvəlki populyarlığını itirsə də, hazırda bir çox ölkədə var. Lakin bu təriqətin təsiri altında böyüyənlərin çoxu intihar ediblər.

Qeyd edək ki, adı son günlər məşhur produsser Harvi Vaynşteynlə təcavüz qalmaqalında hallanan Hollivud ulduzu Rouz MakQaven də həmin dini cəmiyyətin təsiri altında böyüyüb.

Milli.Az fotoları təqdim edir:

"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim" - 13 yaşında təriqətdən qurtulan qadın - FOTO

"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim" - 13 yaşında təriqətdən qurtulan qadın - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...