Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Lider” TV-dən Elnarənin istefası ilə bağlı - AÇIQLAMA

Bu gün yerli KİV-də müğənni Elnarə Xəlilovanın “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılması ilə bağlı xəbər yayılıb.

Mynews.az xəbər verir ki, buna səbəb müğənninin verilişin rəhbəri ilə yola getməməsi olub.

Bildirilir ki, müğənnidən verilişə dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb edilib. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə kanal rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni “Lider” TV-dən ayrılıb.

Məsələ ilə bağlı “Lider” TV-nin mətbuat xidmətinin rəhbəri Sədan BünyadOxu.Az-a açıqlamasında bildirib ki, müğənninin kanal rəhbərliyi ilə problemi olmayıb:

“Veriliş pordakşının layihəsidir. Onlar çəkib proqramı satırlar, biz isə alıb efirə veririk. Problem layihənin rəhbəri Zərifə Tapdıqqızı və Elnarə xanım arasında baş verib. “Lider” TV və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Bundan sonra da verilişlərimizin hamısında Elnarə xanımı qonaq kimi dəvət etməyə hazırıq”.

Qeyd edək ki, Elnarə Xəlilova daha öncə “Space” TV-də aparıcılıq edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...