Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xatirə əsgərlikdəki qardaşı haqda - İmkan vermədi ki, yerini dəyişim

Müğənni Xatirə İslam ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olub.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, o, proqram zamanı əsgərlikdə olan qardaşından danışıb:

“Bu haqda heç vaxt danışmıram. Özümə söz vermişdim ki, qardaşım əsgərlikdən qayıdana kimi danışmayacam. Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım. Bəlkə də, kənardakılar elə düşünür ki, Xatirənin qardaşı cəbhə bölgəsində ola bilməz. Amma mənim kimi insanın qardaşı oradadır. Mən ailəm üçün yaşamışam. Nə istəyiblər, onu etmişəm. Mənim tanışlarım, ətrafım çoxdur. Hərdən eşidirəm ki, deyirlər, kiminsə uşağı filan yerdə əsgərlikdə olmur”.

Qeyd edək ki, onun bu sözləri sosial mediada müzakirə mövzusuna çevrilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...