Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həmyerlimiz “O səs Türkiyə” səhnəsində ağladı – VİDEO

TV8-də yayımlanan “O səs Türkiyə” yarışmasının ikinci turunun növbəti buraxılışları yayımlanıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə azərbaycanlı iştirakçılardan Yıldız Tilbenin komandasından Ayla Ray və Hadisənin komandasında yarışan həmyerlimiz Ozan Əhmədov çıxış edib. 

Ayla ikinci turda “Shy Guy” mahnısını oxuyub. Üç iştirakçı – Ayla, Gökçe və Yonca arasında seçim etmək məcburiyyətində qalan Y. Tilbe həmyerlimizi seçib və o, növbəti mərhələyə keçib.

Çingiz Kurtoğlunun repertuarından “Duyanlara Duymayanlara” mahnısını səsləndirən Ozanın performansı hər kəsin xoşuna gəlib, hətta tamaşaçılar ifanın bir daha səsləndirilməsini istəyib.

Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub. Ozan da kövrələrək bildirib ki, illərdir sevdiyi qızın bu yaxınlarda toyu olacaq:

“İllər öncə bir qızı sevmişəm. 10 ildir görmürəm. Adı Nərminə idi. Yaxında toyu olacaq. Mən onu hələ də sevirəm”.

Həmyerlimizin hekayəsi Hadisəni duyğulandırıb və o, növbəti tura Ozanla davam etmək istədiyini söyləyib. Əhmədov tamaşaçıların xahişi ilə mahnını yenidən səsləndirib.

Yıldız Tilbenin komandasında yarışan digər iştirakçı Aynurə Şirinova da üçüncü tura keçməyi bacarıb. "Qamsız" mahnısını ifa edən Aynurə 4 iştirakçı içərisindən seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...