Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur aparıcı canlı yayımda "hamiləyəm" dedi - Studiya göz yaşlarına boğuldu - VİDEO

Məşhur türk aparıcısı Zahide Yetiş canlı efirdə,  evliliyinin 4-cü ilində hamilə olduğunu dilə gətirdi. 

Kolgemedia.az xəbər verir ki,  uzun müddətdir "Zahide ile yetiş hayata" proqramının aparıcısı olan Zahidə Yetiş canlı yayımda "hamilə" olduğunu elan edib. 

 2014-ci ildə Cem Ersoy ilə dünya evine girən Zahide Yetiş proqram izləyicilərinə bu xəbəri göz yaşları içində çatdırıb. Studiyada olanlar da sevinc göz yaşları ilə aparıcıya dəstək olub. 

 Tanınmış aparıcı verilişi vasitəsilə yüzlərlə evə ümid işığı olub, onlarla ananın övlada və sağlamlığına qovuşması üçün kömək edib. 

Qeyd edək ki,  Zahide Yetiş uzun müddətdir sağlamlıqla bağlı veriliş aparır. 

Azərbaycandan da aparıcının verilişini yüzlərlə tamaşaçı izləyir.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...