Əli Mirəliyevdən şok açıqlama - “20 ildir arvadımla bacı-qardaş kimiyəm”
Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a danışan müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır:
“Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. Gəlin səmimi olaq da… Nə sevgi, 45 il sevmək olar? O qədər vaxta sevgi qalar? Bunu özünə də demişəm. Zarafata salır ki, sən mənim “mujikimsən”. Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm. Kişinin bir arvadı olar. Yoxsa ki, gündə birini boşayıb, evlənən kişilərə mən normal baxmıram. Arvad məndən qabaq ölsə, heç vaxt evlənmərəm. Bunu özü də bilir”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 582 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 569 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 565 dəfə oxunub