Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Natavan əsəbiləşdi - "Dürüstlük başınız üçün deyil..."

"İncə"sənət - sən nələrə qadir imişsən. Vallah dəyməz... İnsanlıq dəbə minənə qədər onda gözləyək. Birgə yeyilən çörəyə hörmət qoyulana qədər gözləyək...".

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb.

Sənətçi ilə bağlı Kərim Abbasovun dediyi "İçi kinlə doludur" kəlməsi qarşı tərəfi özündən çıxarıb. Natavan ad çəkmədən onun sözlərinə belə cavab verib:

"Gözləyək, bəlkə bəziləri uyğun maskalar tapdılar. Biz isə "incə"sənətimizlə məşğul olaq. Gündəm bizdən əl çəkmirsə, biz gündəmin üstünə gedək. Sonra demədi deməyin. Dürüstlük başınız üçün deyil, çürük düşüncə və əməlləriniz, sadəcə, buna yol verməz. Başınıza gələnlərdən dərs çıxartmırsınızsa, Allah imanınızı artırsın. Ondan qorxun".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...