Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktyor - "Filmə görə saçlarımı kəsdirdim, heç məni çəkmədilər də"

Tanınmış aktyor Cavanşir Məhərrəmov imicində dəyişiklik edib. O bu dəyişikliyin səbəbi haqda Milli.Az-a danışıb.

"Saçlarımı əslində filmdə çəkilmək üçün kəsdirmişdim. Fikirləşdim ki, bəlkə bundan sonra məni rejissorlar filmdə çəkər. Bəzən imic söhbətində rejissorlarla problem yaşayırdım. Bəzən də eşirdim deyirdilər ki, Cavanşirin saçları uzundur, görəsən filmə görə saçlarını kəsdirə bilər? İşimə görə saçlarımı kəsdirdim, amma məni heç bir filmə çəkmədilər. Sonradan rejissor Ramin tərəfindən "İmtahan" serialına dəvət aldım. Bu imiclə filmə çəkilməsəm də, serialda çəkildim", - deyə aktyor bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...