Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Britni Spirs 24 yaşlı iranlıya nişanlandı

36 yaşlı Britni Spirslə 24 yaşlı Sem Asqari nişanlanması ilə bağlı məlumatlar yayılıb.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, pop-ifaçıya yaxın olan insanlar bildirir ki, cütlüyün münasibətləri bu bir il ərzində daha da möhkəmlənib.

“Britni həqiqətən xoşbəxtdir və o nişanlansa belə, mən təəcüblənmərəm” – deyə mənbə bildirib.

Söz-söhbətlərə səbəb isə, Havay adalarında Semlə birgə dincələn Britninin barmağında nişan üzüyünün görünməsi olub.

“Sem, Britninin övladları ilə yaxşı davranır, bu isə ifaçını ikiqat xoşbəxt edir”- deyə mənbə əlavə edib.

Qeyd olunur ki, S.Asqari, sevgilisinin iş qrafikinə anlayışla yanaşır.

İran əsilli Sem Asqari 9 ildir ki, ABŞ-da yaşayır. O, model və fitnes məşqçi kimi çalışır. Sem və Britni “Slumber Party” klipinin çəkilişləri zamanı tanış olublar.

Qeyd edək ki, Britni Spirslə sevgilisinin yaş fərqi 12 il təşkil edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...