Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elnarəni Könül əvəz etdi

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova “Lider”də yayımlanan verilişindən ayrılıb.

Mynews.az-ın məlumatına görə, sənətçini kimin əvəz edəcəyi ilə bağlı kanal rəhbərliyi yeni qərar verib və Könül Muxtarovanı seçib. Könül artıq bir neçə gündür “Xeyirli axşamlar”a aparıcılıq edir. 

O, eyni zamanda "7 gün" verilişində də aparıcı kimi efirə çıxır. Proqram həftə içi 5 gün yayımlanır.

Qeyd edək ki, Elnarə verilişdən qalmaqallı şəkildə ayrılmışdı. Belə ki, layihə rəhbəri ondan dəvət olunan qonaqlardan birini təmtəraqlı təqdim etməsini istəyib. Elnarı isə qonağın buna layiq olmadığını deyərək, etirazını bildirib. Beləc,ə onlar arasında mübahisə yaranıb və sənətçi proqramı tərk edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...