Faiq Ağayev 20 yanvar günü kef məclisində şou göstərəcək Nazı sərt tənqid etdi - FOTO
Xalq artisti Faiq Ağayev Türkiyənin Star televiziyasında yayımlanan "Zühal Topalla izdivaç" verilişində məşhurlaşan Naz Milanı sərt tənqid edib.
BAKU.WS-in məlumatına görə, Nazın 20 yanvar — Ümumxalq Hüzn Günündə İstanbulda kef məclisində iştirak edəcəyini bəyan etməsi, hətta İnstagram səhifəsində bu barədə paylaşım etməsi xalq artistini hiddətləndirib.
Faiq Ağayev Facebook səhifəsində qeyd edib ki, belə manqurtluğa yol verənlər 20 Yanvar dəhşətini formal qəbul etməyə başlayıblar.
“Hansı mühitdə böyüyüb 1-ci fotodakı bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki - belə... Formal qəbul etməyə başlayıblar #20yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülüm.
Faciədir!”, - deyə xalq artisti qeyd edib.
Ötən gün Naz İnstagram səhifəsində paylaşım edərək bildirib ki, 20 yanvar günü saat 23:00-da keçiriləcək əyləncə gecəsində canlı performans göstərəcək.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1098 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1085 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1085 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1082 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 985 dəfə oxunub