Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müğənnilərimizin ən son toy qiymətləri - SİYAHI

Məşhurlar rəsmi toy qiymətlərini açıqlayıblar. Mynews.az azərbaycanlı müğənnilərin yenilənmiş toy qiymətlərini təqdim edir:
 
Xalq artisti Aygün Kazımova: "Bütöv toy idarə etmirəm. Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət, təbii ki, artacaq". 
 
Xalq artisti Nazpəri Dostəliyeva: "Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm".
 
Xalq artisti Səməd Səmədov: "Bütöv toy 5 min, yarım saatı 1500 manata idarə edirəm".
 
Xalq artisti Gülyanaq Məmmədova: "Yarım saatı  2500, bütöv toyu bacımla birgə 8 min manata idarə edirəm".
 
Xalq artisti Bilal Əliyev: "1 milyon manata. Mənim toy qiymətim budur".
 
Əməkdar artist Mətanət İsgəndərli: "Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manata oxuyuram".
 
Əməkdar artist Abbas Bağırov: "Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, 20 min manatın hamısı mənə çatmır. 18 nəfərdən ibarət musiqiçi var. Onlarla bölüşürəm".
 
Əməkdar artist Lalə Məmmədova: "Bütöv toya 8 min, yarım saat 3 min manata gedirəm".
 
Əməkdar artist  Elnarə Abdullayeva: "Yarım saatı 3 min, bütöv toyu 10 min manata idarə edirəm. Bu qiymət yalnız Bakıdadır. Paytaxtdan kənarda toy qiymətlərim bundan bahadır".
 
Müğənni Röya Ayxan: "Yarım saat 8 min manata, bütöv toya getmirəm".
 
Müğənni Sevda Yahyayeva: "Yarım saat 3 min manat, bütov toyu özümün geniş ansamblımla birlikdə 9 min manata aparıram. Mənimlə bərabər gənc oğlan ifaçı da bütov toyda məclis əhlinin toyunun şən keçməsinə yardım göstərir".
 
Aparıcı-müğənni Murad Arif: "Yarım saatlıq 1000, bütöv toyu isə 2500 manata aparıram (Ansamblsız)".
 
Müğənni Xəyyam Nisanov: "Yarım saatlıq 2500, bütöv toyu isə 8500-ə aparıram".
 
Müğənni Manaf Ağayev: "Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram".
 
Müğənni Nuri Sərinləndirici: "Bakıda bütöv toyu 15 minə, bölgələrdə isə 20 min manata aparıram".
 
Müğənni Elton Hüseynəliyev: "Bütöv toya 12 minə, yarım saata 4 minə gedirəm". 
 
Müğənni Nazənin: "Bütöv toyu tək 6 min, ansamblla 8 min, yarım saatlıq isə 2 minə gedirəm".
 
Müğənni Mətanət Əsədova: "Yarım saat - 2 minə, 1 saat - 3 minə, bütöv toyu 8 min manata idarə edirəm".
 
Müğənni Elvin Abdullayev: "Bütöv toyu 5 minə, yarım saata 1500 manata gedirəm".
 
Müğənni Günay İbrahimli: "Yarım saat 2500 manata, bütöv toya 8 minə gedirəm".
 
Müğənni Səidə Dadaşova: "Yarım saatlıq 500, musiqiçilərsiz bütöv toyu isə 1500 manata idarə edirəm". 
 
Müğənni Pərvin Lətifov: "Yarım saatı 1500, bütöv toyu 4 min manata oxuyuram".
 
Müğənni Aysel Əlizadə: "Bütöv toya getmirəm. Yarım saatı 1500 manata oxuyuram"
 
Müğənni Ayan Babakişiyeva: "Bütöv toya getmirəm, yarım saat 2500 manata gedirəm".
 
Müğənni Emil Bədəlov: "Yarım saata 2 minə, bütöv toyu 5 min manata aparıram".
 
Skripkaçı Səlim Abbasov: "Yarım saatı 3 minə gedirəm. Bütöv toy, ansamblla bir yerdə 6 minə gedirəm". 
 
Sevinc-Sevil bacıları: "Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə  oxuyuruq".
 
Müğənni Ülvi Qılınc: "Yarım saatı 1500 manata gedirəm. Bütöv toya getmirəm".  
 
Müğənni Yaşar Yusub: "Yarım saatı 1500, bütöv toyu 5 minə gedirəm".
 
Müğənni Yaşar Cəlilov: "Yarım saatı 1500, bütöv - 4 min manata idarə edirəm" .
  

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü: "Yarım saat 2 min, bütöv toyu 6 minə aparırıq".
 
Müğənni Elnarə Xəlilova: "Yarım saatı 5 min manata gedirəm"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...