Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərxan Kərəmoğlu verilişini dəbdəbəli evində çəkəcək - VİDEO

Aparıcı Sərxan Kərəmoğlunun “Lider”də efirə gedən “Sözün düzü” verilişi bağlanıb.

Mynews.az-ın məlumatına görə, aparıcı yeni layihə ilə efirə çıxacaq. O bildirib ki, “Evimin qonaqları” adlı layihənin hazırlıqlarına artıq başlanılıb:

“Bu veriliş illər əvvəl “Lider”də yayımlanırdı. Çəkiliş mənim öz evimdə, yəni yaşadığım mənzilimdə aparılacaq. Hər dəfə bir qonaq çağıracam. Əgər ayrılmaz cütlüklər varsa, onlar birlikdə gələ bilərlər. Gecə verilişidir, maraqlı söhbətlər olacaq. Super ortam yaradıb, səmimi söhbətlər edəcəyəm. Düzdür, səmimiyətsiz qonaqları evimdən qovan deyiləm. Amma onun qeyri-səmimi olduğunu efirdə büruzə verəcəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...