Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Kazımovanın ad günüdür - FOTOLAR

Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.

Mynews.az-ın məlumatına görə, müğənninin 47 yaşı tamam olur.

Hər il ad günü üçün fərqli partilər hazırlayan müğənni bu il nədənsə heç bir tədbir keçirməyi planlaşdırmır.

A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanlb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub. 

2017-ci ildə "Crystal hall"da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verib. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib. 

Ötən il yayımladığı "SUS" adlı mahnısı və ona çəkilən klipi isə aylardır dillər əzbəri olub və onluqlarda birinci yeri tutub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...