Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mətanət İsgəndərli qızından danışıb ağladı - "Yüz min pul yığmışdı"

“Öz zəhmətimlə yaşayan insan, zəhmətkeş anayam. Dişimlə-dırnağımla istədiyimə çatdım. Daim əzablı yollar keçdim”.

Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərli “Zaurla Günaydın” verilişinə açıqlamasında deyib.

Müğənni tez-tez depressiyaya düşdüyünü etiraf edib:

 “Hər zaman kiçik bir şeyi dərd etmişəm. Heç vaxt maskalanmadım. Kiçik bir qalmaqal olanda, günlərlə pis olmuşam. Ətrafım da məni belə tanıyıb. İstəmərəm artıq hərəkətlər edim. O qədər xətrimə dəyən olur… Gəlib evə səhərə qədər yatmıram ki, niyə cavabını vermədim”.

İsgəndərli Türkiyəyə ərə verdiyi qızı Ülkərdən danışıb kövrəlib:

“Qızım çox yaxşı yerə ərə gedib. Başına and içirlər. Hələ toydan sonra bura gəlməyib. Bir aya gələcək. Ülkər çox düşüncəli idi. Uşaqlıqdan özünə cehiz pulu yığırdı. Yüz min pul yığmışdı. Çoxunu mən xərclədim. Qalanını da verdim, apardı”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...