Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhurlar harasını sığortalatmaq istəyir?

“Xəzər maqazin” şou-biznes nümayəndələri arasında sorğu aparıb.

Mynews.az-ın məlumatına görə, sənətçilər “Haranızı sığortalatmaq istəyərdiniz və neşəyə” sualına belə cavab verib:

Abbas Bağırov: “Ürəyimi istəyərm. İndiki baş verənlərə dözmək üçün sağlam ürək lazımdır. Bunun üçün 8 milyon deyərəm”.

Sevda Yahyayeva: “Başımı… Səsim də, gözüm də, qulaqlarım da, düşünən beynim də orada yerləşir. Milyon dəyərindədir".

Elnarə Xəlilova: “Saçım mənim gözəlliyimdir”.

Oksana Rəsulova: “Saçlarımı o qədər çox istəyirəm ki. Bir də gözlərimi”.

Fatimə Fətəliyeva: “Mənim sənətimdə əsas əl və ayaqdır. Onları sığortalatmalıyam. Onlar olmasa heç nə yarada bilmərəm. Qiymət isə 1 milyon dollar”.

Mətanət İsgəndərli: “Səsimi 1 milyon dollara sığorta etmək istəyərm”.

Ramal İsrafilov: “Səsimi. 1 milyona sığortaladaram".

Tünzalə Ağayeva: “Səsim canıma aiddir”.

Nazpəri Dostəliyeva: “Bütün bədənimi. Hissələrə bölmərəm".

Nüşabə Ələsgərli: “Özümü”.

Tarix Əliyev: "Dilimi. 10 min dollara sığortalatmaq istəyərəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...