Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nadir Toliklə qalmaqalından danışdı - Ad çəkməmişəm

Müğənni Nadir Qafarzadə bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı qalmaqallı status barədə danışıb.

Mynews.az xəbər verir ki, “Show time” verilişinin canlı efirinə telefon zəngi ilə qoşulan ifaçı yazdığı “İnsan alveri ilə məşğuldurlar” sözlərinə aydınlıq gətirib: 

“Yazdığım statusu xalq, camaat bilir. Belə insanlar hər zaman olub. Mənim səsləndirdiyim ittihamları o vaxt əməkdar artist Cavanşir Məmmədov da səsləndirmişdi. Sadəcə, insanlara açıqladım ki, belə insanlar var. Amma bunu kimsə özünə götürdü, “qarğa məndə qoz var” kimi.

Yazdığım statusda heç kimin adını çəkməmişdim. Ümumi danışmışdım. Demişdim ki, belə bir bəla var. Mən istəməzdim ki, şou-biznesdə belə insanlar olsun.

Ümumiyyətlə, mədəniyyətə, incəsənətə xidmət edən insan belə işlərlə məşğul olmamalıdır. Haram pul qazanmaq olmaz. Bu, cəmiyyətimizə ziyandır. Kimi aldadırıq?  Orada ad çəkmədim.

Sadəcə, yazmışdım ki, bu işlə məşğul olan həm qadınlar, həm də kişilər var. Amma Əli, Vəli, Pirvəli adını çəkməmişdim”.

Qeyd edək ki, prodüser Tolikin verilişində Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymasından sonra N.Qafarzadə sosial şəbəkədə mərhum Xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşmışdı və bundan sonra onlar arasında qalmaqal yaşanmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...