Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güllələnən gənc müğənnidən pis xəbər

Türkiyədə qatıldığı səs yarışması ilə tanınan və Diyarbəkirdəki evində silahla başından vurulan müğənni Mutlu Kayadan xəbər var.

Mynews.az  axşam.az-a istinadən bildirir ki, bir müddətdir evə buraxılan gənc ifaçının müalicəsi yarımçıq qalıb.

Belə ki, ailəsinin maddi durumunun yaxşı olmaması səbəbindən müalicəsi yarımçıq qalan Mutlu ümidini itirmədiyini və yenidən əvvəlki vəziyyətinə geri dönəcəyinə inandığını bildirib.

Qeyd edək ki, M.Kayanı televiziya proqramlarından birində keçirilən səs yarışmasında müğənni Sibel Can Diyarbəkirdən tapıb gətirmişdi. Proqramın növbəti günlərinə qatılmadan öncə, ötən il mayın 18-də Kaya öz evində silahla vurulmuşdu. Gənc qızın sevgilisi Veysi Ercan şübhəli qismində həbs olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...