"Gecə 3-də evə gəlirəm" - Pərvin
Aktrisa Pərvin Abıyeva "5/5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal Pərvinə gecələr evə gec gəlməsi haqda suallar verib.
Aktrisa bəzən gecələr evə heç gəlmədiyini deyib:
"Elə olur ki, evə 1 sutkadan sonra gəlirəm. Gecə 3-də evə gəldiyim vaxtlar da olub. Hətta 4 sutka yatmadan çalışmışam, çəkilişlərdə olmuşam”.
Abıyeva yaşadığı yerdə qonşularını tanımadığını söyləyib. O, aparıcının "Qonşuların deyir ki, evə gəlmir. Gələndə də maşının qapısını da ayağı ilə açır” sözlərinə aktrisa əsəbiləşib:
"6 ildir ki, həmin binada yaşayıram. Heç qonşularımı tanımıram. Ev mənim deyil? Heç gəlməyə də bilərəm. Maşın da, ev də mənimdir. Necə istəyirəm, elə də açıram. Bundan başqa, maşınım barədə sual verirsiz. Maşınımın bahalı olması kimə maraqlıdır? Mən kimdənsə soruşuram ki, necə yaşayırsan?”.
Proqram bitəndən sonra Abıyeva İnstaqramda onu tənqid edənlərə cavab verib:
"Rəylərdə yazırsız ki, yekəxanayam, özümü dartıram. Bəli, mən beləyəm. Məni sevən belə də sevəcək, sevməyən isə nə qədər sadə olsam, ürəyimi çıxarıb versəm, yenə bir mız tapacaq. Həmin insanlar pisliyindən qalmayacaq. Çalışın ki, öz həyatınızı yaşayın. Və yaxud, yaşamağı öyrənin. Həyata bircə dəfə gəlirsiz. Bunu dəyərləndirməyi bacarın”.
///Axşam.az
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1006 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 965 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 955 dəfə oxunub