Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəqsanənin əri onu brilliantlara qərq etdi - VİDEO

Uzun müddətdir müğənnilik fəaliyyətini Moskvada davam etdirən Rəqsanə İsmayılova instagram hesabında izləyicilərini paylaşdığı videosu ilə heyrətləndirib.

BAKU.WS xəbər verir ki, İsmayılovanın həyat yoldaşı “Sevgililər günü” üçün ona müxtəlif zinət əşyaları bağışlayıb. Rəqsanə bu anları telefonun kamerasına həkk edərək sosial şəbəkədə bölüşüb.

Sözügedən videoda bir çox brilliant üzük, sırğa, qolbağı və boyunbağılar yer alıb.

“Hər şey üçün çox sağ ol, nə yaxşı varsan. Sevgililər günü üçün olan hədiyyələr gəldi. Allah bütün qadınları xoşbəxt etsin. Bu həyatda zinət əşyası, qızıl - hər şey boşdur. Əsas odur ki, məni xoşbəxt eliyən insan - həyat yoldaşım var. Övladlarımın arxasında olan, onların qeydinə qalan, onları düşünən insan... Çox sağ ol F. (həyat yoldaşının adının baş hərfi - red.). Yuxudan oyananda mənə belə bir sevinc yaşatdın, səni çox istəyirəm. Xoşbəxtlik hər kəsin haqqıdır. Həyat yoldaşı demək, arxan, kürəyin var deməkdir. Mənim də payımda sən varsan. Xoşbəxtliyimi sənə borcluyam” deyə, Rəqsanə paylaşdığı video şərh yazıb.

İsmayılova paylaşdığı videoya yazılan tənqid və təhgirləri görüb, şərh bölümünü bağlayıb. Sizə təqdim edəcəyimiz həmin videoya 7 mindən çox bəyənmə gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...