Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Adnan Oktarın azərbaycanlı "kediciyi" əhalini təhqir etdi - "Əxlaqsız yığını, buna niyə səs çıxarmırsınız bəs?" - FOTOLAR

"Azərbaycanda Adnan Oktara qarşı dil uzadanlar var. Ömürlərində din,islam,vətən üçün barmağını tərpənməyən insanlar 40 ildir İslam üçün canını, malını, həyatını ortaya qoyan insana dil uzadır".

GoldNews.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Televiziya və Radio Yayım Şurasının (RTÜK) Adnan Oktarın müəmmalı verilişinin yayımının dayandırılması barədə qərarından sonra sosial şəbəkə yazılan şərhlərə cavab olaraq,  teoloqun Azərbaycanda təbliğatını aparan pərəstişkarlarından biri olan Leyla Mustafayeva özünün sosial şəbəkədəki hesabında yazıb:

"Dilinizi kimlərin dili ilə caladığınız bəllidir. Murdar bakteriya sürüsü. Efirdəki xanımların oynamağına qarşıdırlar guya ki. Azərbaycan kanalları bütün günü homoseksualları efirə çıxarıb, çox şahənşahlı şəkildə təqdim edirlər. Əxlaqsız yığını, buna niyə səs çıxarmırsınız bəs? Səs çıxarmaq nə kəlimə, onların əllərindən, ayaqlarından öpürsünüz görəndə. Qızlarınız onlara pərəstiş edir, xanımlarınız onların yanında gözəlləşməyə çalışır, hər nə qədər alınmasa da. Mahnılarını dinləyib, özünüzdən keçirsiniz. Bunları normal qarşılayan insan əxlaqsızın öndə gedənidir".

Qeyd edək ki, RTÜK A9 telekanalında yayımlanan verilişi 5 dəfəlik dayandırıb və ən yüksək məbləğdə - 50 min dollar cərimələyib.

Qurum rəsmisi İsmet Demirdöğen mətbuata açıqlamasında yayımın qadınların istismar edilməsi səbəbindən dayandırıldığını söyləyib.

RTÜK-ün bu qərarı ölkəmizdəki izləyicilər tərəfindən sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...