Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ört-basdır etdiyi zorlanma hadisəsi üzə çıxan məşhur intihar etdi - FOTO

20 il öncə yaşanan zorlanma hadisəsini ört-basdır edən məşhur Hollivud meneceri Cil Mesik intihar edib.

Mynews.az xəbər verir ki, son zamanlar keçmişdə yaşanan zorlanma hadisələrinin ortaya çıxması ilə çalxalanan Hollivudda ən çox günahlandırılan isə prodüser Harvey Veynşteyn idi.

Onu günhalandıran daha bir şəxs isə Roz Makqoan olub. 1997-ci ildə Sandans Film Festivalı zamanı Veynşteynin onu zorladığını bildirən Roz bütün detalları 30 yanvarda çıxardığı “Cəsur” adlı kitabında yazıb.

Kitabda bildirilir ki, zorlanma hadisəsindən sonra Cil prodüseri və Rozu səhər yeməyinə aparıb və hadisənin mətbuata çıxmasının qarşısını alıb. Bu hadisədən sonra o, Harveylə altı il çalışıb.

Ötən günlərdə hadisənin ortaya çıxması ilə depressiyaya girən Cil Mesik dünən intihar edib. Onun intihar xəbəri gündəmə bomba kimi düşüb.

Yaxınları bildirib ki, Mesik “Cəsur” adlı kitabı oxuyandan sonra özünü günahlandırıb və həyatına son verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...