Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Onda qeyrətimizi itirdik ki, Qarabağı verdik, getdi..." - VİDEO

Müğənni Nadir Qafarzadənin arxiv videosu yayılıb.

Video ifaçının ANS-də yayımlanan "Xoşvaxt olun" verilişində qonaq olarkən çəkilib.

Görüntülərdə Nadir Qafarzadə Xocalı soyqırımının matəm günü olmadığını söyləyib:

"Gəlin qeyrətdən danışmayaq. Onda qeyrətimizi itirdik ki, Qarabağı verdik, getdi. Anam dünyasını dəyişəndə toya getdim. Anamı saat 5-də məzara qoyub, 7-də gedib toyda oxumuşam. Heç anamın öldüyü günü yadımda saxlamamışam. Xeyir ola, ilboyu yas saxlamalıyam. Heç həmin gün matəm günü deyil".

Xatırladaq ki, həmin il Nadir Qafarzadə Xocalı soyqırımının ildönümü günündə xarici ölkədə səhnə aldığı üçün ANS-də haqqında tənqidi süjet yayımlanmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...