Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Telli Borçalı ona gələn evlilik təkliflərindən danışdı

Aşıq Telli Borçalı ona gələn evlilik təkliflərindən danışıb.

Milli.az-a açıqlama verən qadın aşıq hələ ailə həyatı haqqında düşünmədiyini bildirib:

"Kim sənətimi qəbul etsə, onunla ailə həyatı quracağam. Amma hələ ki, belə bir təklif gəlməyib. Mənə rast gələnlərin çoxu imkanlı adamlar olub. O qədər evlilik təklifləri gəlir ki. Deyirəm ki, əvvəl sazımı sevməlisən, sonra məni. Bəzən məndən soruşurlar ki, sənət yoldaşınızla ailə həyatı qurarsınızmı? Əlbəttə ki, yox. Bir evdə bir sənətkar olar da. İki aşıq olsa, görəsən, nə olar? Tək özüm evdə saz çalıb oxuyanda görürəm ki, 3-cü mərtəbədən qapını döyürlər. Deyirlər ki, uşaq yatıb. Deyirəm ki, 4-cü mərtəbə mənimdir, istəsəm, sökərəm, istəsəm, tikərəm (gülür)" .

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...