Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Anar bu dəfə Flora Kərimovanı dəyişdirdi - VİDEO

Bir müddət öncə üzü yanmış bir xanımı makiyaj edərək dünyanın məşhur simalarının diqqətini çəkən stilist Anar Ağakişiyev bu dəfə Xalq artisti Flora Kərimovanın imicində dəyişiklik edib.

Mynews.az xəbər verir ki, stilist Xalq artisti Flora Kərimovanın dəyişimini “Instagram” səhifəsində paylaşıb və bu sözləri yazıb:

“Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan korifey sənətkar və hər birimizin ürəyində taxt quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.

Qeyd edək ki, Anar Ağakişiyevin etdiyi dəyişikliklərlə bağlı tez-tez dünya mediasında xəbərlər çıxır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...