Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şəbnəmi saxlayan kişidən..." - Canlı yayımda biabırçılıq - VİDEO

Şəbnəm Tovuzlu canlı yayımda biabır olub.

Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu gün Xəzər televiziyasının “Hər şey daxil” verilişində qonaq olan Şəbnəm Tovuzluya Səadət xanım adlı bir tamaşaçı zəng edərək, müğənnidən 4 il bundan əvvəlki borcunu tələb edib:

“O Şəbnəm var ey Tovuzlu, ona de ki 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı. Onun 40 manatını Tovuzda, “pavarotda” yanındakı ağdamlı kişidən alıb verdin, bəs o pulun qalanını nə vaxt qaytaracaqsan? Dedin ki, yerdə qalan 168 manatı da Bakıda verəcəm. 4 ildir o pulu vermir”.

Şəbnəm Tovuzlu qadını xatırladığını deyərək bildirib:

“Bu Şəbnəm sizə 4 min xeyir verib. Lap gəlin 1800 manat verim. Sizə ayıb olsun, ağbirçək adamsız”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...