Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Niyə Röyaya mesaj yazırsan, mənə yox?”

"W-Trio"nun keçmiş üzvü, müğənni Elnarə Xəlilova "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasına qonaq olub.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, proqramda illər əvvəl həmkarı Natavan Həbibidən küsmə səbəbini açıqlayıb:

"Naqqılı (Natavan Həbibi-red.) ilə münasibətimiz yoxdur. Mən kin saxlaya bilmirəm, evimin qapısı ona hər zaman açıqdır. Bu insanla çörək kəsmişik, bir yastığa baş qoymuşuk, bir-birimizin paltarlarını geyinmişik. Yadıma gəlmir ki, şəxsən harasa dəvət etsinlər, ora getməyim.

Məni Natavan Heydər Əliyev adına Sarayda keçirdiyi konsertinə çağırmamışdı. Prodüseri Roland mənim keçmiş köməkçimə dəvətnamə göndərdi. Konsertə getmədim, çünki Natavan məni belə dəvət etməməli idi. Natavan, sən Röyaya (Röya Ayxan-red.) mesaj yaza bilirsən, zəng edə bilirsən. Mənə niyə yox? Mənə də zəng elə..."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...