Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bədənimin bir hissəsini itirimişəm..." - Damla onun yoxluğuna alışa bilmir - VİDEO

Müğənni Damla dünyasını dəyişən atasının yoxluğuna alışa bilmir.

BiG.AZ xəbər verir ki, o, atası üçün çox darıxdığını bildirib və kədərini bu sözlərlə ifadə edib:

"Elə bil bədənimin bir hissəsini itirimişəm. Canımı saran yoxluğunun ağrısı ürəyimi darmadağın edir. İçimdəki sənsizliyin acısı bütün gücümü bitirib, ata. Hələ də anlaya bilmirəm ki, niyə məni tək qoymağa tələsdin. Axı başqa arzularımız var idi. Sən mənim arxam idin. Hamını mənə vəsiyyət etdin. Bəs məni kimə əmanət edib getdin? O qədər gözəl insan idin ki, bu gün sabahdan başlayan yağış susmaq bilmir. Göylər də yoxluğuna nalə çəkir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...