"Yeganə müğənniyəm, İlhamə xanımın sağlığında tac taxmışam"

Müğənni Elnarə Xəlilova özünü "üçtaclı primadonna" adlandırıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "ATV Maqazin onlarla" verilişinə danışan ifaçı şou-biznesdə tac mübahisəsinə son qoymaq istədiyini deyib:
"Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin. Daha tacsız heç yana çıxmayacağam. Kimin kor qızından əskiyəm ki...Mən bu tac məsələsini yüngülləşdirmək üçün bunu edirəm. Çünki bu xəmir hələ çox su apara bilər. Mənim də tac taxmağım, özümə əda, işvə-naz etməyim çox su apara bilər. Əslində Nazpəri xanımın təklənməməyini istəyirəm, ona dəstək oluram. İnanıram ki, məndən sonra da bu tacı taxanlar çox olacaq. İstəyirəm tac məsələsinə burdaca son qoyulsun. Yeganə ifaçıyam ki, İlhamə xanımın sağlığında bu tacı taxmışam. İlhamə xanım bir kəlmə də mənə söz deməyib ki, bunu niyə taxırsan? Mənim üçün, sadəcə, sırğa, qolbaq kimi bir aksesuardır".
Qeyd edək ki, Tolikin "Hər şey daxil" verilişində xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması söz-söhbətə səbəb olmuşdu. Qalmaqala Nadir Qafarzadə, Elnarə Xəlilova qoşulmuşdu.
Maqazin
- Asya və Fuaddan hər kəsi təəcübləndirən addım - Boşanırlar
- Rəfiqə müğənnilər duet oxuyub klip çəkdirdilər - FOTOLAR
- Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar - "Əfv olunmasını xahiş edirik"
- Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO
- Nazilə: "Şəhidin baldızı ödənişsiz xınayaxdı istəyir, belə şey olar?!"
- Vüsalə "Tik-Tok"dakı videosundan danışdı: "Bu, sevgi yox, əxlaqsızlıqdır"- VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1141 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1082 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1075 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1071 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1058 dəfə oxunub