Afaq Aslan Ece Seçkini məhkəməyə verdi: - “Cavab verəcəksən”
Türkiyəli müğənni Ece Seçkinlə azərbaycanlı müğənni Afaq Aslan arasında olan mahnı qalmaqalı böyüyüb.
Mynews.az-In məlumatına görə, A.Aslan Türkiyə mediasına müsahibə verərək, bildirib ki, E.Seçkinin mahnısını oğurlamayıb və bu iddiaya görə türkiyəli müğənnini məhkəməyə verib:
“Ecenin haqqımda sosial şəbəkədə status yazaraq bildirib ki, Afaq mahnımı oğurladı. Bu çox yanlış bir fikirdir. Mənim oxuduğum mahnı ilə onun oxuduğu mahnının heç bir əlaqəsi yoxdur. Məhz onun bu iddiasına görə artıq vəkilimə müraciət etmişəm. Ecenin Türkiyədə mənim adımla özünə gündəm qazanmasına razı ola bilmərəm. Bir hüquq təhsili alan bir müğənninin necə belə savadsız açıqlama verdiyini anlaya bilmirəm.
Hüquqi təhsili olan bir insan bilməlidir ki, əlində heç bir rəsmi sənəd olmadan kimisə oğurluqda ittiham edə bilməz və bu bir qanun pozuntusudur. Bir mahnının digər mahnıya bənzəməsi normal bir şeydir. Bu o demək deyil ki, biz onun mahnısını oğurlamışıq. Bir də ki, onun məni yox, mahnının bəstəkarı barədə şikayəti ola bilər. Çünki mahnını mən yazmamışam, pul verib almışam. Ecenin barəmdə dedikləri özünü reklam etməkdən başqa bir şey deyil. Amma anlamır ki, kimlə üz-üzə gəlib. Mən heç kimdən qorxmuram. Ece Seçkin, səninlə məhkəmədə görüşəcəyik”.
Qeyd edək ki, Ece Seçkin Türkiyə mətbuatına müsahibə verərək bildirib ki, Afaq Aslan onun “Follow me” mahnısını oğurlayıb.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 976 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 943 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 933 dəfə oxunub