Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Vicdan haqqı"nın Larisası yeni seriala çəkilir - FOTOLAR

ATV kanalında yayımlanan “Vicdan haqqı” serialında Larisa obrazını canlandıran aktrisa Çimnaz Sultanovadan yeni xəbər var.

Mynews.az-ın məlumatına görə, Çimnaz yeni serialda rol alıb. “Sarı gəlin” adlanan ekran işi ARB telekanalında yaxın günlərdə efirə gedəcək.

Serialın ilk bölümü isə martın 5-də tamaşaçılara təqdim olacaq.

Çimnaz yeni obraz üçün görünüşünə əl gəzdirib. Sultanova, saçlarını tünd şabalıdı rəngə boyadaraq onları kəsdirib.


Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...