Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu məşhur aparıcılarımız efirdən getdi - FOTOLAR

Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

Proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Belə ki, Xəzər Tv-də yayımlanan "Oyan Azərbaycan"ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

Bu məşhur aparıcılarımız efirdən getdi - SİYAHI

ARB telekanalında yayımlanan "Şənbə səhəri" verilişinin aparıcısı da dəyişdirilib.

Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.

Bu məşhur aparıcılarımız efirdən getdi - SİYAHI

"ARB"də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam" verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.

Bu məşhur aparıcılarımız efirdən getdi - SİYAHI

"Azad Azərbaycan" telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam" verilişini Cavid Gül aparır.

Bu məşhur aparıcılarımız efirdən getdi - SİYAHI

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...