Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leylanın soyunmasını qınadılar: "Qızın qızdırması var imiş..." - FOTOLAR - VİDEO

Qarlı havada çimərlik geyimində fotosessiya etdirən aktrisa Leyla Hümmətova haqqında deyilən qınaqlara cavab verib.

Mynews.az-ın məlumatına görə, Leyla “Lider maqazin”ə açıqlamasında deyib ki, heç kimin fikri onun üçün əhəmiyyətli deyil.

Aktrisa gələcəkdə yenidən çimərlik geyimində fotokamera qarşısına keçəcəyini bildirib.

“Tanıyan da, tanımayan da ağzına gələni dedi. Bilirdim ki, belə olacaq. İnsanların 50 faizi paxıldır. Özündə olmayan şeyləri tənqid edir. Təhqir yazan hamını polisə verəcəm. Bunlara bir cinayət işi qaldırtdırsam, bəsdir. Aktrisayam, roldan-rola girməliyəm.

Xarici məşhurlar belə şeylər paylaşanda tərifləyirlər. Kontur almağa bir manat tapmayanlardır, oturub onun-bunun “wifi”dan istifadə edib adamı söyürlər. Saytların paylaşdığı yazılarımın altına yazırlar “nə gündəsən”. Mənə şəxsidə yazırlar ki, "balsan". İP adreslə oturduğun yerə qədər tapdıra bilərəm.

Bu şərhləri yazanlar “mafiya başçılarıdır”. Həmin başçı qızında kimliyindən xəbərim var. Ona demək istəyirəm ki, ay qız, ağıllı ol. Mənim kimi dürüst ol, çıx efirdə sözünü de. İnstaqramda saxta profillər açdırıb mənim haqda nələrsə yazdırma.

O cür fotosessiya ömrümün sonuna kimi etdirərəm. Ağappaq bədənim var, 90-60-90 ölçüdəyəm”.

Şou-biznes nümayəndələri də Leylanın açıq-saçıq fotolarına münasibət bildirib.

Əməkdar artist Elza Seyidcahan Leylanın addımına normal baxdığını deyib:

“Bu da cana xeyirdir. Sibirdə xanımlar, kişilər bədənləri möhkəmlənsin deyə, qışda soyuq suya girib çıxırlar. Bizim mentalitetdə hər şey artıq müasirləşib. Kimə necə xoşdu onu da edir. İnsanlar da müzakirə edirsə, demək işləri-gücləri yoxdur”.

Müğənni Elçin Hüseynov isə Leylanı qınayıb:

“Elə bir şeyləri qəbul etmirəm. Mənim xarakterimə uyğun deyil”.

Müğənni Samir Cavadzadə L.Hümmətovaya dəstək durub və “Soyunmaq, geyinmək normaldır. Niyə xaricdən incəsənət adamı gələndə qəbul edir, beş əllə alqışlayırlar. Bizimkilər geyinən kimi, vurub-parçalayırlar”.

Müğənni Roza Zərgərli isə Leylaya məsləhət verib:

“Yəqin yazıq qızın qızdırması var imiş, qarın üstünə uzanıb. Gedərdin Maldiv adasında qəşəng şəkillər çəkdirərdin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...