Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artist Zaura: - "Çox elə sənin qızın üçün ürəyim gedir..."

Əməkdar artist Bəsdi Sevdiyeva “5/5” verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, sənətçi ona gələn film təklifindən imtina etdiyini bildirib:

“Filmlərə dəvət olmuşam. Hətta Türkiyədə konsertdə olanda məni görüb, filmə dəvət etmişdilər. Bakıya qayıdandan sonra isə yenə mənə bunla bağlı yazdılar. Orada mafiya başçısının anası, ya da bacısı obrazını canlandırmalı idim. Çəkilişlər üçün Türkiyəyə gedib, orada qalmalı idim. Ailəli adamam, evdə kişi var, düzgün gəlmir. Ona görə də istəmədim. Həm də mənim üçün muğam oxumaq daha önəmlidir”.

İfaçı Zaur Kamalın “Qızım olsaydı sənin oğluna verməzdim. Çox ciddi qayınana olacaqsınız” sözlərinə belə cavab verib:

“Çox elə sənin qızın üçün ürəyim gedir. Mənə gəlin verən papağını göyə atsın. Gəlinim mənimlə yaşamayacaq. Gəlin mənim evimin çiçəyim, gülü olacaq. Evdə heç mənə çay verməsi də lazım deyil, çay süzənim var”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...