Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın ilk sərhədçi pilot qadını - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş video rolik hazırlayıb.
 
Bizimyol.info-nun məlumatına görə, mərhum pilotun xidmətini əks etdirən videorolik DSX-nin “Youtube” səhifəsində yerləşdirilib.
 
Baş leytenant Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin ilk qadın pilotu olub və Mi-8 helikopterini idarə edib. Xanım pilot xidməti dövründə DSX-nın rəhbərliyi tərəfindən təltif olunub. 
 
Qeyd edək ki, D.Babayeva 2016-cı ilin avqust ayının 30-da 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...