Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səmra yeni klipinə təqdimat etdi - VİDEO

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli media nümayəndələri ilə bir araya gəlib.

Mynews.az-ın məlumatına görə, müğənni “Hypnotized” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Yeni işindən danışan Səmra bildirib ki, klipdə ukraynalı komanda ilə bilrikdə çalışıb. Sənətçi mahnının yunan və isveç bəstəkarlarının ərsəyə gətirdiyini söyləyib:

“Ukraynalı komanda özü mənə bu işbirliyini təklif etdi. Mən də onlara dəstək olmaq və öz yaradıcılığımda bir yeniliyə imza atmaq üçün razılaşdım. Bir neçə gün içərisində ekran işi hazır oldu”.

Səmra bu işində də anasının onu tək qoymadığını bildirib:

“Anam gecə-gündüz mənə paltarları hazırladı. Vaxtımız az olsa da, gözəl geyimlər hazırlaya bildik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...