Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Emin Ağalarov məşhurları mükafatlandırdı - FOTO

Ötən gün Rusiyada “Jara 2018” musiqi mükafatları mərasimi baş tutub.  

Mynews.az xəbər verir ki, “Crocus City Hall”da reallaşan gecədə tanınmış ulduzlar iştirak edib. 

Tədbirə Emin Ağalarov, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Valeriy Meladze, Qriqori Leps və başqaları qatılıb. Prodüseri Emin Ağalarovun olduğu “Jara” musiqi festivalında iştirak edən və şou-biznesdə fərqlənən məşhurlara mükafat verilib.

Mükafatlandırma mərasimində ən yaxşı klip Valeri Meladzenin “Свобода или сладкий плен” mahnısına çəkilən ekran işi, ən yaxşı duet Emin Ağalarov və A-Studio (Eсли ты рядом), ən yaxşı xanım müğənni Ani Lorak, ən yaxşı kişi müğənni Dima Bilan, ən yaxşı qrup “Leninqrad”, ilin artisti Qriqori Leps, ən yaxşı mahnıda Svetlana Loboda (Случайная) qalib elan edilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...