Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktyorun həyat yoldaşına aldığı hədiyyəni oğurladılar - VİDEO

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

Mynews.az  "Ölkə.Az"a istinadən xəbər verir ki, aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar.

E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib:

"Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar". 

Aktyor deyib ki, baş vermiş hadisəylə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizəylə müraciət edib. Faktla bağlı təhqiqat araşdırmasına başlanılıb. 

Azərbaycanlı aktyorun həyat yoldaşına aldığı hədiyyəni oğurladılar — VİDEO+FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...