Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış azərbaycanlı aktyorun avtomobilini qarət etdilər - VİDEO

Tanınmış aktyorun avtomobili Bakıda qarət edilib.

BiG.AZ bildirir ki, çəkildiyi filimlərin çoxunda məşhur oğru kimi rol alan Elşən Hacıbabayevin avtomobili ötən gün səhər saatlarında Binəqədi rayonu 8-ci mikrorayonda, evinin qarşısında qarət edilib.

Elşən Hacıbabayevin sözlərinə görə, naməlum şəxs və ya şəxslər onun avtomobilindən bahalı hədiyyə oğurlayıblar.

Zərərçəkmiş dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları avtomobildən əl-barmaq izlərini götürüblər. Zərərçəkmiş iddia edir ki, ona təxminən 150 manat ziyan dəyib.

Qeyd edək ki, məşhur aktyor çəkildiyi ''Ağ Tük'' və ''Oğlan Evi'' filmində daha çox oğru obrazı ilə hər kəsin yaddaşında qalıb. Oğurluğun sirlərini çəkildiyi filimlərdə öyrənən Elşən Hacıbabayev bu dəfə özü zərərçəkmiş duruma düşüb.

5-ci polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. /xezerxeber.az/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...