Pərvin Abıyeva nişanını qaytardı - VİDEO
Məşhur aktrisa Pərvin Abıyeva Space TV-də yayımlanan "Sənətsevər" verilişinin qonağı olub.
Mynews.az xəbər verir ki, Pərvin şəxsi həyatı ilə bağlı gizli qalan məqamların üstünü açıb.
Abıyeva 17 yaşında nişanlı olduğunu, 19 yaşında ailə qurmağa hazırlaşdığını söyləyib. Lakin, qarşı tərəfin yalanlarına görə onların münasibəti pozulub. Cəsarətli etiraflar edən Abıyeva həyatında yeni sevgisinin olduğunu dilə gətirib.
"İlk məhəbbətim çox olub. Hansı birini deyim? (gülür). Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm. Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, "Azərbaycanda tanınmış aktrisa olacaqsan" inanmazdım. Bəlkə də, gülərdim. Çünki, 17 yaşında nişanlı olan qız olmuşam. 19 yaşımda toyu olacaq biri idim. Mənim məhəbbətim deyil, ailəmin qərarı olub. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə o insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim həyatım dəyişdi və ayrıldıq".
Həyatının anidən dəyişdiyini söyləyən aktrisa əvvəllər menecer işlədiyini, inəksağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da etiraf edib.
Aktrisanın dilindən çıxan şok etiraflarını sizə təqdim edirik :
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1140 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1128 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1128 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1126 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1014 dəfə oxunub