Aygün Kazımova, Nigar Camal və Nərgiz Cəlilova geyimi ilə HEYRAN ETDİ - FOTOLAR
Xalq artisti Aygün Kazımova, aparıcı Nərgiz Cəlilova və müğənni Nigar Camal Elnur Hüseynovun “Say Hallelujah” adlı klipinin təqdimat gecəsində iştirak edib.
Mynews.az xəbər verir ki, 57 yaşlı aparıcı N.Cəlilova təqdimata qara rəngli kişisayağı kostyumda gəlib. Hər zaman seksual və açıq-saçıq obrazlarda görməyə alışdığımız 47 yaşlı Xalq artisti son illərin trendi olan pijama tərzində qara ipək geyimi ilə diqqət çəkib. Nigar Camal isə gecəyə uzun və zərli libasda təşrif buyurub. Tanınmışların hər üçü dərin sinə dekolteləri sayəsində göz qamaşdırıb.
Nərgiz Cəlilovanın sinə dekoltesinə taxdığı ulduz broşu obrazının tamamlayıcı bəzəyi olub. Aygün Kazımova qara rəngin təsirini azaltmaq üçün işi yaşıl daşı olan aksessuarlarından istifadə edib.
Bu yaxınlarda ciddi kişi kostyumunda fotolar çəkdirən Aygün Kazımova bu imici haqqında danışıb:
“Qadın istəsə, istənilən paltarda, hətta kişi kostyumunda da seksual görünə bilər. Kişisayağı geyimlərdə özümü çox rahat hiss edirəm, bu tərzə tez-tez müraciət edəcəyəm. Belə geyimləri sevirəm, tamaşaçıların reaksiyasının necə olacağı, necə qəbul edəcəyi mənim üçün maraqlı idi. Anladım ki, hər kəs çox bəyənib. Əməyimizi qiymətləndirən hər kəsə təşəkkür edirəm".
publika.az
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 939 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub