Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aktrisa yubileyində rejissorla belə rəqs etdi - VİDEO

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Hicran Nəsirovanın 60 yaşı tamam olub.

Mynews.az-ın məlumatına görə, aktrisa ötən gün həmkarları, dostları və ailə üzvləriylə yubileyini paytaxt məkanlarından birində qeyd edib. Məclisin ən yaddaqalan məqamlarından biri əməkdar artistin tanınmış rejissor Rövşən İsaxla "Uzundərə" oynaması olub. 

Qeyd edək ki, H.Nəsirova 1986-cı ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R.Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F.Q.Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaradıb.
2000-ci ildə Azərbaycan Respulikasının əməkdar artisti fəxri adına layiq görülüb.

oxu.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...