Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artist həmkarını döyübmüş - FOTO

Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru, əməkdar artist Vahid Əliyev "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində maraqlı etiraflar edib.
"Ölkə.Az”ın əməkdaşının “İllər öncə bir həmkarınızı döyməyiniz doğrudurmu?" sualına aktyor belə cavab verib:

"Bu hadisə illər öncə olub. Tələbə yoldaşlarım bilirdilər ki, emosionalam, çılğınam. Rəhmətlik Azər Mirzəyev də bizim qrupda oxuyurdu. Hər dəfə mənimlə zarafat edəndə bərk əsəbləşirdim. Amma xəbərdarlıq etmişdim ki, bir də zarafat etsəniz, dalaşa bilərəm. İş elə gətirdi ki, bu dəfə Azər mənimlə zarafat elədi. Üstünə tullanıb ona bir neçə zərbə endirdim, yerə sərildi".
Qeyd edək ki, Azər Mirzəyev 2014-cü ildə vəfat edib.

Əməkdar artist həmkarını döyübmüş — FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...