Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaurdan Xatuna irad: "Studiyadakı bütün kişilərlə öpüşdün..."

Müğənni Xatun Əliyeva “Bizimləsən” verilişinə qonaq olub.

Mynews.az-ın məlumatına görə, sənətçi mahnısını oxuyub bitirəndən sonra studiyada olan kişi məşhurlarını öpüb. 

Aparıcı Zaur Baxşəliyev sənətçiyə irad tutub. Aparıcının “İçəri girəndə ancaq kişilərlə öpüşdün. Niyə xanımları öpmədin” sualına Xatun belə cavab verib:

“Səməd Səmədovla görüşdüm. Vasif Məhərrəmlinin yanında boya-başa çatmışam. Xanımlardan üzr istəyirəm”.

Zaur Xatuna xanımlarla görüşməyi təkid etsə də, sənətçi "Bir azdan öpərəm" deyərək, görüşməyib.

Qeyd edək ki, studiyada aşıq Zülfiyyə, əməkdar artistlər Hicran Nəsirova, Nübar Novruzova əyləşiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...