Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Biznesim olduğu üçün məni gözləri götürmür" - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva “Show time” verilişində qonaq olub. 

Mynews.az xəbər verir ki, sənətçi bayram xatirələrini bölüşüb. O bildirib ki, hər il övladları ilə qulaq falına çıxır:

“Hər il bayramda qızım və oğlumla qonşunun qapısını pusuram. Çünki buna çox inanıram. Hələ oğlum dünyaya gəlməmişdi, 2010-cu ildə qızım Aydanla arzu tutduq. Ağzıma su doldurdum və qulağımı qonşunun qapısına qoydum. Həmin anda dəhşət uşaq səsi gəlirdi. İkinci uşaq haqda heç düşünmürdüm. 2011-ci ildə Hüseyn doğuldu. Hər il qulaq falına çıxanda narahat oluram ki, birdən pis nəsə eşidərəm. 

Ötən il qulaq asanda “qalmaqal” və “get burdan” sözünü eşitdim. İl elə də keçdi. Çox işçilərim dəyişildi. İstəmədən qalmaqallar çox oldu. Məni tanıyanlar bilir ki, ümumiyyətlə qalmaqaldan uzaq insanam. Qalmaqalı boş bekar adamlar edir. Görürlər ki, tək canımla çalışıram, öz biznesim var. Rəhbərlik etmək də asan bir iş deyil, mən bunu bacarıram. Bunu da bir çoxlarının gözü götürmür”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...