“Space”də dava - Müğənnini efirdən qovdular - VİDEO
Xəbər verdiyimiz kimi, aparıcı Kamran Həsənli ilə müğənni Afaq Aslan arasında qalmaqal baş verib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, onların davası bu gün “Space” TV-də “canlı yayımlanır” adı ilə tamaşaçılara təqdim olunan “Onda başladıq” proqramında olub.
Həsənlinin Afaq Aslana “Afaq xanım da müğənni olmaq istəyir” sözü qarşı tərəfi özündən çıxarıb.
Efir zamanı Afaq cavab vermək istəsə də, Kamran ona mane olmağa çalışıb.
“Mən sizə söz verməmişəm, hələ özüm danışıram. Ancaq sizə söz verəndən sonra danışa bilərsiz. Tələsməyin”, - deyə Aslanın nitqini kəsib.
Afaq bildirib ki, bu günədək Kamran Həsənlini tanımayıb:
“Kamran Həsənlini ilk dəfədir ki, canlı görürəm, tanımırdım. Verilişin mövzusu mən deyiləm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Sən özünə hörmət qoyan aparıcı olsaydın, o söhbətlərdən sonra efirə çıxmazdın. Niyə məni müzakirə edirsiniz? Sənə reytinq lazımdır”.
Aparıcı ifaçının sözlərinə reaksiya verməyə çalışıb:
“Afaq xanım, hələ növbə sizə çatmayıb, bilirsiniz ki, mövzu sizdən gedəcək, ona görə də əvvəlcədən bizi qabaqlayırsınız. Soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Siz heç bir qaydanı tanımaq istəmirsiniz. Çox ədəbsizlik edirsiniz? Bu ədəbsizliyə son qoymaq üçün istəyirik, efirdə bu məsələni müzakirə edək”.
Afaq isə cavabında “Ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər?” sözlərini işlədib. Kamran Həsənli isə ondan canlı efiri tərk etməsini istəyib. Daha sonra Afaq proqramdan gedib.
Qeyd edək ki, proqramın canlı yayımlandığı deyilsə də, Afaq Aslan dünən verilişdə qalmaqal yaşaması barədə açıqlama vermişdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 912 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 596 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 587 dəfə oxunub