Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röyanın keçmiş qayınatasının məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Çingiz Cəlilovun vəkili Janna Bağırova vəsatətlə çıxış edib.

Vəkil "Bank Standart"ın əməkdaşı olmuş Leyla Abbasovanın ifadəsinin cinayət işindəki sübutların siyahısından çıxarılmasını istəyib. Məhkəmə qərara gəlib ki, bu məsələyə hökm zamanı müşavirə otağında qiymət veriləcək.

Vəkilin digər vəsatəti bir müddət əvvəl Səbail Rayon Məhkəməsində Çingiz Cəlilovla "Bank Standart" arasındakı məhkəmə qərarının sorğu verilərək alınması ilə bağlı olub. Vəkil söyləyib ki, həmin qərarda bankdan götürülən kreditlərin hara xərcləndiyi qeyd edilir. Məhkəmə vəsatəti təmin etməyib. 

Janna Bağırova məhkəməyə vəsatət verərək proses başlayandan "Bank Standart"ın nümayəndəsinə ünvanladığı sualların cavablandırılmasının təmin edilməsini istəyib: "Məhkəmə başlayandan bu suallara cavab ala bilmirik. Buna görə də məhkəməyə yazılı şəkildə müraciət edirik və suallarımıza cavab verilməsini tələb edirik". 

Məhkəmə vəsatəti təmin edib. 

Qeyd edək ki, Çingiz Cəlilov əməkdar artist Röya Ayxanın keçmiş əri Anar Cəlilovun atasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...