Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cennifer Lopezdən qeyri-adi - FOTOSESSİYA

Dünya şöhrətli ifaçı Cennifer Lopez “Harpers Bazaar” jurnalının aprel buraxılışı üçün kameralar qarşısına keçib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, qeyri-adi fotosessiyaya imza atan müğənni maraqlı açıqlamalar da verib.

O bildirib ki, sevgilisi Aleks Rodrigezlə yaşa dolmaq istəyindədir:

“Evliliyə inanıram. İstəyirəm, qocalanda yanımda məni sevən biri olsun. Alekslə çox xoşbəxtəm. O, mənim əkizlərim, mən də onun qızları ilə yaxşı yola gedirik. Amma hələ ailə qurmağı planlaşdırmıram.

Bir-birimizi çoxlarının anlamadığı şəkildə başa düşürük. İkimiz də bu sektora 20 yaşında girmişik, ikimiz də uğurlu sima olmuşuq. Ona görə də həyatımızdakı bu dinamika ailəmizə, işimizə və sevgi münasibətimizə təsir göstərir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...