"Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın..." - Natavan
“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib.
Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:
“W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.
Natavan sevgi həyatı ilə bağlı sualları cavablandırıb:
“Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado - red.) çıxdı, alınmadı. Mənə qarşı "ürəyiağrıyan" baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi”.
Sənətçi artıq toy məclislərinə də getməyə başladığını söyləyib:
"İndi başlamışam toylara getməyə. Çünki çalışan müğənnilər siyahısına girdim. Bu vaxta qədər işləmirdim".
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub