Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrem Dericinin Bakı konsertinin biletləri satılmadı

Türkiyəli müğənni İrem Dericinin Bakı konsertinin vaxtı və yeri dəyişdirilib.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, bu barədə konsertin təşkilatçısı Asif Hüseynov məlumat verib. 

O bildirib ki, martın 21-də nəzərdə tutulan konsert  iyunun 18-də  paytaxtın istirahət məkanlarının birində keçiriləcək: 

"Konserti "Baku Crystal Hall”da nəzərdə tutmuşduq. Müəyyən səbəblərdən tarixini dəyişərək 18 iyun tarixində keçirməyi qərara aldıq. Alınan biletlər və dəvətnamələr həmin tarixdə keçərlidir və ya alınan biletləri kassalara təhvil verərək pulunuzu geri ala bilərsiniz”.

Qeyd edək ki, İremin konserti üçün biletlərin az qismi satılıb. Təşkilatçı isə məcbur qalaraq vaxtı uzadıb və məkanı dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...